Xarici xəbərlər

Ternopolda TCK-ya qarşı etiraz aksiyası baş verib

26 Avqust 2026, 11:192
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukraynanın Ternopol şəhərində gecə saatlarında hərbi komissarlıq əməkdaşlarına (TCK) qarşı etiraz baş verib.

Zefer.media xarici Telegram kanallarına istinadən xəbər verir ki, hərbi komissarlıq əməkdaşlarının binanın girişindən bir kişini aparmağa çalışdığı, bundan sonra ətrafdakı insanların onun müdafiəsinə qalxdığı bildirilir.

Qısa müddətdə ərazidə insanların toplaşdığı və etirazçıların TCK-ya məxsus avtomobilə zərər verdiyi qeyd olunur. Avtomobildə olan əməkdaşlardan birinin isə polis tərəfindən etirazçıların arasından çıxarıldığı bildirilir.

Daha sonra aksiya iştirakçılarının şəhər ərazisində yürüş etdiyi və “Utanın!” şüarını səsləndirdiyi bildirilib.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması barədə məlumat verilməyib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600