Xarici xəbərlər

ABŞ İranın Barron Trampa qarşı sui-qəsd təhdidini araşdırır

26 Avqust 2026, 10:423
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Gizli Xidməti İran dövlət televiziyasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampa qarşı təhdidlərin yer aldığı videodan xəbərdar olduğunu bildirib.

Zefer.media xəbər verir ki, üç dəqiqəlik videoda 20 yaşlı Barron Trampa qarşı mümkün sui-qəsddən bəhs edilir.

Videoda onun izlənildiyi və öldürülməsi müqabilində 10 milyon dollar mükafat təklif olunduğu açıqlanıb.

ABŞ Gizli Xidmətinin sözçüsü Neyt Herrinq bildirib ki, qurum videodan xəbərdardır və qorunan şəxslər üçün yarana biləcək potensial təhlükələri araşdırır.

Herrinq əməliyyat təhlükəsizliyi səbəbindən Gizli Xidmətin qorunan şəxslərin mühafizəsi ilə bağlı əlavə məlumat açıqlamadığını qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600