Xarici xəbərlər

Rusiya Pravoslav Kilsəsində hakimiyyəti tənqid etməməyə çağırış edilib

25 Avqust 2026, 17:533
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Pravoslav Kilsəsinin (RPK) protoiyereyi Andrey Tkaçov insanları hakimiyyət nümayəndələrinə tabe olmağa çağırıb.

Zefer.media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tkaçov valideynlərə hörmətlə hakimiyyətə tabeçilik arasında əlaqə qurub. Onun sözlərinə görə, uşaqlıqdan valideynlərinə itaət edən insan böyüdükdə rəhbərlərinə də tabe olmağa alışır.

Din xadimi dövlət və kilsə rəhbərliyini tənqid etməyi “Şeytanın öyrətdiyi” davranış kimi qiymətləndirib. O, həmçinin insanların valideynlərinə hörmət etməsi halında Rusiyada inqilab və üsyanların baş verməyəcəyini iddia edib.

Tkaçovun fikrincə, insanlar “Allahın özlərindən üstün qoyduğu şəxslərə” qarşı çıxmaqdan çəkinməli idilər.

Qeyd edək ki, Tkaçovun bu fikirləri sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600