Bu gün saxlanılan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın səhhəti pisləşib.
Zefer.media xəbər verir ki, Köçəryanın qan təzyiqinin yüksəldiyi bildirilib.
Təcili yardım çağırılıb. Keçmiş dövlət başçısı əlavə tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Öz növbəsində, Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, Ermənistanın ikinci prezidenti bu yaxınlarda tibbi müayinədən və prosedurlardan keçib və prosedurlar ictimaiyyətə açıqlanmayıb.
Həmin faktı əsas götürərək həkim əlavə testlərin aparılmasını zəruri hesab edib.
Bir az sonra Ermənistanın keçmiş prezidentinin oğlu Levon Köçəryan jurnalistlərə atasının ürək problemlərinin olduğunu və təxminən iki həftə əvvəl əməliyyat olunduğunu bildirib.
Səhər tezdən Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, oğlu Levon Köçəryanın evində və ailəsinin bizneslərində axtarışlar aparılır. Keçmiş dövlət başçısı və böyük oğlu Sedrak Köçəryan saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət prosesi çərçivəsində bir neçə onlarla ünvanda axtarış və digər prosedur tədbirlərinin aparıldığını qeyd edilib.
Zərintac Mayisqızı

















