Dünya

“ABŞ İran iqtisadiyyatını boğmaq üçün Çinin əməkdaşlığına güvənir”

25 Avqust 2026, 13:434
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tramp administrasiyası hərbi əməliyyatların Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə tam çatmamasından sonra İrana qarşı genişmiqyaslı yeni iqtisadi təzyiq kampaniyasına başlayıb.

Zefer.media xəbər verir ki, bu haqda “The New York Times” (NYT) qəzeti bildirib.

Qəzetin yazdığına görə, yeni strategiyanın əsas məqsədi İranın neft satışından əldə etdiyi gəlirlər, pul köçürmələri və qızıl əməliyyatları da daxil olmaqla, ölkənin qalan əsas maliyyə mənbələrini məhdudlaşdırmaqdır.

Bu strategiyanın qarşısındakı əsas amillərdən biri isə Çindir. Məlumata görə, Çin 2025-ci ildə İranın dəniz yolu ilə həyata keçirdiyi neft ixracının 80 faizindən çoxunu alıb.

ABŞ İranla əməkdaşlığı davam etdirən ölkələr və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyir.

NYT qeyd edir ki, yeni iqtisadi təzyiq kampaniyasının effektivliyi böyük ölçüdə Pekinin İranla ticarəti azaltmağa nə dərəcədə hazır olmasından asılı olacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600