Dünya

Krasnadora gecə hücumu: 3 yeniyetmə həlak olub, 6 uşaq yaralanıb

24 Avqust 2026, 12:452
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya hakimiyyətinin açıqlamasına görə, Krasnodara gecə saatlarında həyata keçirilən hücum nəticəsində üç yeniyetmə həlak olub.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərbi cinayətkar Mariya Lvova-Belova məlumat verib. Onun sözlərinə görə, 13, 15 və 16 yaşlı yeniyetmələr həlak olub, daha 6 uşaq isə xəsarətlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Rusiya tərəfi bildirir ki, pilotsuz uçuş aparatının qalıqları özəl uşaq mərkəzinin ərazisinə düşüb. Həmçinin yaşayış evlərinə ziyan dəyib, anbarların yerləşdiyi ərazidə isə yanğın baş verib.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600