Dünya

Zelenski Ukraynanın Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

24 Avqust 2026, 12:366
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Vladimir Zelenski ölkə vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edib və çıxışında ölkənin müdafiəsində iştirak edən hərbçilərə təşəkkür edib.

Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenski çıxışında Vladimir Putinin əsas məsələdə səhv hesablamaya yol verdiyini, ukraynalıların öz ölkələrini müdafiə etmək iradəsini nəzərə almadığını bildirib.

“Ruslar bizi kiçik qardaş hesab edirdilər, amma həyat sübut etdi: biz onlarla yadıq”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti həmçinin Rusiyanın dərinliklərinə zərbələrin endirilməsi, Rusiya donanmasının və neft emalı zavodlarının məhv edilməsi, silah istehsalının artırılması və ordunun gücləndirilməsinin vacibliyindən danışıb.

Zelenski Ukraynanın müharibənin tez başa çatması naminə Donbası Rusiyaya verməyəcəyini də bildirib.

“Biz Kremlə yarım milyon əsgərə qənaət etməyə imkan verməyəcəyik”, – deyə o qeyd edib.

Zelenski beynəlxalq tərəfdaşları Moskvaya təzyiqi artırmağa və müharibənin başa çatdırılması üçün Ukraynaya zəruri dəstəyi göstərməyə çağırıb.

“Putin bizim yorulduğumuza ümid edir. Biz onun ölümlü olduğunu bilirik. O, bizi heç vaxt anlamadı. İndi isə artıq buna vaxtı çatmayacaq”, – deyə Ukrayna Prezidenti bildirib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600