Dünya

Ukrayna və Norveç arasında müdafiə sahəsində yeni saziş – Kiyevə 9 milyard dollarlıq yardım

24 Avqust 2026, 11:244
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna və Norveç müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.

Zefer.media “Nexta TV”yə istinadən məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Styore müdafiə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinə dair birgə bəyannamə imzalayıblar.

Razılaşma çərçivəsində tərəflərin müdafiə sənayesi, pilotsuz sistemlərin istehsalı və yeni texnologiyaların inkişafı sahəsində əməkdaşlığı genişləndirməsi nəzərdə tutulur. Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.

Bundan əlavə, Norveç 2027-ci ildə Ukraynaya 85 milyard Norveç kronu, yəni təxminən 9,2 milyard dollar yardım ayırmağı planlaşdırır. Bu vəsaitin həm hərbi, həm də mülki məqsədlərə yönəldilməsi nəzərdə tutulur.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600