Xarici xəbərlər

Qalibaf: “Xalq acdırsa, hərbi güc İranın mövcudluğunu təmin etməyəcək”

21 Avqust 2026, 12:423
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ölkənin təhlükəsizliyi və gələcəyi üçün hərbi güclə yanaşı, iqtisadi sabitliyin də vacib olduğunu bildirib.

Zefer.media xəbər verir ki, Qalibaf İranın Bağdaddakı səfirliyində iş adamları ilə görüşü zamanı deyib:

“Əlimizdə nə qədər hərbi güc olmasından asılı olmayaraq, əgər xalq acdırsa, maliyyə dövriyyəsi, iqtisadi artım və daxili istehsal yoxdursa, biz mövcudluğumuzu davam etdirə bilmərik”.

O, iqtisadi sabitliklə təhlükəsizliyin bir-birindən ayrılmaz olduğunu vurğulayıb.

Qalibafın sözlərinə görə, işlək və dayanıqlı iqtisadiyyat olmadan ölkənin hərbi təhlükəsizliyini uzunmüddətli şəkildə qorumaq mümkün deyil.

Parlament sədri, habelə, Tehranın müharibə niyyətində olmadığını və müharibəni təşviq etmədiyini bildirib.

Bununla belə, o qeyd edib ki, İranın effektiv diplomatiya aparması üçün yüksək səviyyədə müdafiə qabiliyyətini və hərbi hazırlığını qoruması lazımdır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600