Dünya

Krımda bütün gecə partlayış səsləri eşidilib

21 Avqust 2026, 11:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avqustun 21-i gecəsi Krım üzərində bir sıra partlayışlar eşidilib və bəzi şəhərlər elektriksiz qalıb.

Zefer.media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Simferopol ərazisində qısa müddət ərzində orada ardıcıl 15-dən çox partlayış səsi eşidilib.

Tavriçeskaya İstilik Elektrik Stansiyası ərazisində parlaq partlayışlar qeydə alınıb. Şahidlər həmçinin reaktiv mühərrikli dronların Simferopol üzərindən elektrik stansiyasına doğru uçduğunu görüblər.

Yarımadanın müxtəlif yerlərində partlayışlar və hava hədəflərinə atəş açılması demək olar ki, səhərə qədər davam edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600