Xarici xəbərlər

Macarıstan Ukraynanın Aİ-yə daxil olmasını əngəlləyir

21 Avqust 2026, 11:162
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukraynanın Aİ-yə daxil olmasının dörd klasterinin bloklanmasına baxmayaraq, Macarıstanla dialoqda müsbət impuls yaranıb və bir ay ərzində təxminən 10 ildir həllini tapmayan məsələlərdə irəliləyiş əldə edilib.

Zefer.media xəbər verir ki, bunu Ukraynanın Macarıstandakı səfiri Fedor Sandor deyib.

Tərəflər artıq problemli məsələlərin həlli və tam hüquqlu dialoqun qurulması üçün addımlar atıblar. Şandorun sözlərinə görə, Macarıstan cəmiyyətinin əhval-ruhiyyəsi bu kontekstdə vacibdir və nəzərə alınmalıdır.

Səfir xatırladıb ki, 2,5 milyon seçici Fidesz partiyasına səs verib, bu da partiyanın narrativlərinin və mesajlarının işə yaradığını göstərir. Bundan əlavə, Ukraynadakı macar icması ilə bağlı suallar çoxdan qaldırılıb və əslində mövcud olmayan zülm mövzusu ətrafında çoxsaylı miflər yaradılıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600