Dünya

Yəməndə SEPAH zabitləri öldürülüb

20 Avqust 2026, 15:174
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yəməndə İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) iki zabiti və onlarla əlaqəli bir İraq vətəndaşı həlak olub.

Zefer.media xəbər verir ki, bununla bağlı, “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Üç nəfər Yəmən hökumət qüvvələri ilə baş verən toqquşmalar zamanı qətlə yetirilib.

Ölən şəxslər Yəməndə SEPAH-ın mütəxəssisləri kimi fəaliyyət göstəriblər. Onların kimliyi, habelə, ölümün dəqiq vaxtı və yeri açıqlanmayıb.

Qeyd edilib ki, Yəməndə husilərin hərbi birləşmələrindən biri olan “Ələviyyə əl-Fəth” Briqadasının komandiri də pilotsuz uçuş aparatının hücumu nəticəsində yaralanıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600