Xarici xəbərlər

Ukrayna Ali Radası Sibiqanı xarici işlər naziri vəzifəsinə təyin edib

19 Avqust 2026, 16:432
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib.

Zefer.media xəbər verir ki, Prezident Volodimir Zelenskinin irəli sürdüyü namizədə 266 xalq deputatı səs verib.

Sibiqa Denis Şmıqalın hökumətində, eləcə də Yuliya Sviridenkonun hökumətinin ilkin tərkibində xarici işlər naziri vəzifəsini tutub.

Andrey Sibiqa 1975-ci il yanvarın 1-də Ternopol vilayətinin Zborov şəhərində anadan olub. O, Xarici İşlər Nazirliyində fəaliyyətə 1997-ci ildə başlayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600