Xarici xəbərlər

“İran Avropadakı ABŞ hərbi obyektlərinə hücum edə bilər”

19 Avqust 2026, 13:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp münaqişəni daha da qızışdırarsa, İran Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirə bilər.

Zefer.media xəbər verir ki, bu haqda “Financial Times” qəzeti məlumat yayıb.

Mümkün hədəflər arasında Cənub-Şərqi Avropadakı ölkələr də var. Xüsusilə ötən ay ABŞ qırıcılarının yanacaqla təmin olunması üçün aviabazalarından istifadəyə icazə verən Bolqarıstanın hədəfə çevrilə biləcəyi deyilir. Kiprin də mümkün hədəflər sırasında olduğu qeyd edilir.

Mənbələr bildiriblər ki, münaqişənin genişlənməsi halında İran xüsusilə Hörmüz boğazı yaxınlığında dənizaltı fiber-optik kabellərə qarşı hücum imkanlarını nəzərdən keçirir.

Ekspertlər mümkün hücum təhlükəsini “real, ancaq məhdud” dəyərləndiriblər. Onların fikrincə, İranın raketlərinin mənzili və dəqiqliyi ilə bağlı məhdudiyyətlər Avropadakı uzaq məsafəli hədəflərə qarşı hərbi əməliyyatların imkanlarını azaldır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600