Dünya

İran BƏƏ-yə məxsus gəmini ələ keçirib

19 Avqust 2026, 12:555
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün “Fars” xəbər agentliyi Hörmüz boğazının şimal dəhlizində BƏƏ-yə məxsus bir neft tankerinin ələ keçirildiyini və Bəndər Abbas istiqamətinə yönləndirildiyini bildirib.

Zefer.media xəbər verir ki, tanker əvvəlcə BƏƏ-də yerləşən Cəbəl Əli limanına doğru hərəkət edib. Ancaq gəmi Hörmüz boğazından keçərkən İran tərəfindən müəyyən edilmiş dəhlizdə saxlanılıb və daha sonra onun marşrutu İran sularına dəyişdirilib.

Agentlik tankerin adını, hansı şirkətə məxsus olduğunu, hansı bayraq altında üzdüyünü, daşıdığı yükün növünü və ələ keçirilməsinin rəsmi səbəbini açıqlamayıb.

Hadisə BƏƏ-nin İranı ölkə ərazisinə iki raket atmaqda ittiham etməsindən bir gün sonra baş verib. Əbu-Dabi, habelə, son günlərdə İranı BƏƏ-nin neft şirkəti ADNOC ilə əlaqəli gəmilərə hücum etməkdə günahlandırıb.

Bu arada İranın Moskvadakı səfiri Kazım Cəlali Ukraynanın Xəzər dənizində gəmiyə hücuma görə Tehrana hələ də təzminat ödəmədiyini bildirib.

Cəlali “RİA Novosti”yə müsahibəsində İranın Kiyev hökumətindən həm hadisə nəticəsində dəymiş zərərə görə təzminat, həm də xəsarət alan şəxslər üçün kompensasiya tələb etdiyini deyib.

İran diplomatı hadisəni “terror aktı” və “mülki gəmiyə qəsdən hücum” kimi dəyərləndirib. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiha iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı zamanı hadisəyə görə üzr istəyib.

Cəlali ifadə edib ki, buna baxmayaraq, Tehran Kiyevin dəymiş zərəri tam şəkildə ödəməsini tələb edir. O, habelə, Ukraynanın Avropa və ABŞ-dəki tərəfdaşlarının da Kiyevin addımlarına görə məsuliyyət daşımalı və Ukraynanın məsuliyyətə cəlb olunmasına çalışmalı olduğunu deyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600