Dünən İraqın nüfuzlu şiə din xadimi Müqtəda əs-Sədr xaricdən İraqa edilən istənilən hücuma qarşı olduğunu bildirərək, İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) İraq ərazisində hərbi əməliyyatları dayandırmağa çağırıb.
Zefer.media-nın əldə etdiyi məlumata görə, Əs-Sədr bu açıqlamanı İraq Kürdüstanı bölgəsinin baş naziri Məsrur Barzaninin ofisinə və Ərbildə yerli kəşfiyyat rəhbərinin iqamətgahına edilən dron hücumundan sonra verib.
O, İrandan atılan dronların İraq ərazisindəki hədəflərə zərbələr endirməsini “təəssüf doğuran” hadisə adlandırıb.
Əs-Sədr SEPAH-ı İraq daxilində hər hansı hərbi əməliyyatdan çəkinməyə çağıraraq, ölkənin suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Zərintac Mayisqızı




