Dünən rəsmi Bağdad Tehrandan İraqın Kürdüstan bölgəsinin baş naziri Məsrur Barzaninin ofisinə və regional kəşfiyyat təşkilatı rəhbərinin iqamətgahına edilən dron hücumu ilə bağlı rəsmi izahat tələb edib.
Zefer.media xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn hadisədən sonra iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.
Tərəflər söhbət zamanı Kürdüstan bölgəsinin baş nazirinin qərargahına edilən hücumla bağlı müzakirə aparıblar.
Fuad Hüseyn hücumu “gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək təhlükəli presedent” adlandırıb və Tehranın hadisə ilə bağlı rəsmi mövqeyinin aydınlaşdırılmasını istəyib.
Abbas Əraqçı isə cavabında hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumata malik olmadığını bildirib.
Zərintac Mayisqızı




