İran Xarici İşlər Nazirliyinin Parlamentlə Əlaqələr və Qanunvericilik Baş İdarəsinin rəhbəri Hüseyn Nuşabadi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə sazişini ABŞ-nin Yaxın Şərq və Fars körfəzindəki təhlükəsizlik hegemonluğunun “sonunun başlanğıcı” kimi qiymətləndirib.
Zefer.media xəbər verir ki, Nuşabadi yaxın gələcəkdə region ölkələri arasında əməkdaşlığa əsaslanan yeni təhlükəsizlik nizamının formalaşacağını və bunun transregional güclərin diktə etdiyi mövcud münasibətləri əvəz edəcəyinin gözlənildiyini deyib.
İran rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında üçtərəfli müdafiə ittifaqının yaradılmasının əsas səbəblərindən biri ortaq təhlükəsizlik narahatlıqları və ABŞ-nin Yaxın Şərqdə təhlükəsizlik hegemonluğunun zəifləməsidir.
Nuşabadi Məkkə sazişini eyni zamanda ABŞ-yə ünvanlanmış mesaj kimi dəyərləndirib.
Zərintac Mayisqızı

















