Bu gün husilərin Bab əl-Məndəb boğazında bir gəmiyə beş ballistik raketlə hücum etdiyi bildirilir.
Zefer.media xəbər verir ki, raketlərdən dördü gəmiyə dəyib, biri isə suya düşüb.
Yəmən donanması gəmini husilərə raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün avadanlıq qaçaqmalçılığı məqsədilə istifadə edildiyi barədə məlumatdan sonra ələ keçirib.
Bununla yanaşı, husilərin Səudiyyə Ərəbistanının nəzarətində olan əl-Muxa limanına atəş açmasını yenidən bərpa etdiyi açıqlanıb.
Zərintac Mayisqızı




