Siyasət

İlham Əliyev Yuşenko ilə görüşdü

17 Avqust 2026, 13:036
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Zefer.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.

20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”, – paylaşımda qeyd edilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600