Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında Xəzəryanı ölkələrin nümayəndələrinin Tehranda görüş keçirəcəyini açıqlayıb.
Zefer.media xəbər verir ki, Bəqayi Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşıdakı görüşün əsas gündəm məsələlərindən biri olacağını deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin ətraf mühitinin qorunması ilə bağlı təxminən 20 il əvvəl imzalanmış beştərəfli müqavilə mövcuddur. Bəqayi qeyd edib ki, son illərdə Xəzər dənizində su səviyyəsinin azalması problemi daha da kəskinləşib.
O, əsas səbəblər arasında bunları qeyd edib:
▪️İqlim dəyişiklikləri;
▪️Buxarlanmanın artması;
▪️Xəzər dənizinə axan çayların suyunun azalması.
Sözçü əlavə edib ki, Xəzər Konvensiyasına üzv dövlətlərin görüşü sentyabrın sonu və ya oktyabrın əvvəlində Tehranda keçiriləcək. Görüşün əsas mövzularından biri Xəzərin suyunun səviyyəsinin azalmasının qarşısının alınması olacaq.
Zərintac Mayisqızı

















