İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Zefer.media xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
BNPB-nin müvəqqəti rəhbəri Burton Pandjaitan bildirib: “Ölkə üzrə ölənlərin sayı Manggarai rayonunda 25, Şərqi Manggarai rayonunda 20, Sikka rayonunda dörd, Qərbi Manggarai və Nagekeo rayonlarında hər birində bir və Ende rayonunda iki nəfərdir”.
Bununla da ölənlərin ümumi sayı 53-ə çatıb.
İndoneziya hakimiyyət orqanlarının son məlumatlarına görə, təbii fəlakət nəticəsində 137 nəfər xəsarət alıb və hazırda yerli xəstəxanalarda lazımi müalicə alırlar.
Bundan əlavə, 5488 nəfər mərkəzləşdirilmiş təxliyə sığınacaqlarında qalır, daha 171 nəfər isə müstəqil şəkildə təxliyə olunub.
Milli Agentlik infrastruktura ciddi ziyan dəydiyini qeydə alıb – 1543 evə ciddi ziyan dəyib.
Həmçinin 87 təhsil müəssisəsi, 50 dini bina, 78 dövlət qurumu və bir çox digər ictimai binalar da zərər görüb.
Xatırladaq ki, avqustun 15-i gecəsi İndoneziyanın Flores adası yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.
Zərintac Mayisqızı

















