Dünya

WSJ: Ərəb ölkələrinin kəşfiyyatı İranın münaqişəni genişləndirməyə hazırlaşdığını bildirir

17 Avqust 2026, 12:074
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bir neçə ərəb ölkəsinin kəşfiyyat xidmətləri İranın ABŞ və İsraillə mümkün münaqişəni genişləndirməyə hazırlaşdığına dair məlumat əldə edib.

Zefer.media “The Wall Street Journal”a istinadən xəbər verir ki, Tehran ABŞ və İsrailə mümkün qədər ciddi zərər vuraraq İrana qarşı yeni zərbələrin qarşısını almağa çalışır.

Nəşrin məlumatına görə, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rolu gücləndirilir, əsas vəzifələrə daha sərt mövqeyi ilə seçilən şəxslər təyin olunur. Eyni zamanda raket və pilotsuz uçuş aparatlarının istehsalının sürətləndirildiyi bildirilir.

Mənbələr mümkün eskalasiya ssenariləri arasında Fars körfəzində internet kabellərinə qarşı təxribatların törədilməsini, Küveyt və Bəhreyndə vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş cəhdləri qeyd edirlər.

Küveytdə quru əməliyyatlarının keçirilməsi ehtimalının da istisna edilmədiyi bildirilir.

“The Wall Street Journal”ın məlumatına görə, İranın hazırladığı planlarla bağlı məlumatlar, o cümlədən Tehranın Yəmən və İraqdakı müttəfiq qruplarla apardığı danışıqların ələ keçirilməsi yolu ilə əldə edilib.

Qeyd olunur ki, məlumatlar kəşfiyyat mənbələrinə əsaslanır və İranın planlarının reallaşdırılıb-reallaşdırılmayacağı ilə bağlı dəqiq nəticə çıxarmaq mümkün deyil.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600