Dünya

Rusiya: Ukraynanın İzmail limanında hərbi təyinatlı yüklərin boşaldıldığı terminal vurulub

17 Avqust 2026, 11:357
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Müdafiə Nazirliyi Ukraynanın İzmail limanında hərbi təyinatlı yüklərin boşaldılmasını təmin edən körpü terminalının vurulduğunu açıqlayıb.

Zefer.media Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, avqustun 17-nə keçən gecə Ukraynanın Odessa və İzmail limanlarına zərbələr endirilib.

Nazirliyin məlumatına görə, Odessa limanında dənizdə və yüklərin boşaldıldığı ərazilərdə gəmilərin təhlükəsizliyini təmin edən “Tarantul” tipli patrul katerinin, həmçinin yanacaq çənlərinin vurulduğu iddia edilir.

İzmail limanında isə hərbi təyinatlı yüklərin dəniz gəmilərindən boşaldılmasını təmin edən körpü terminalının, Qərb istehsalı hərbi texnikanın yerləşdirildiyi anqarların və pilotsuz katerlərin saxlandığı anbarların hədəfə alındığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi zərbələrin nəticələri barədə əlavə məlumat verməyib. Ukrayna tərəfinin hadisə ilə bağlı açıqlaması təqdim olunmayıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600