Xarici xəbərlər

ABŞ və İran arasında 60 günlük danışıqlar müddəti bitdi – yekun razılaşma əldə olunmadı

17 Avqust 2026, 12:161
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran arasında İslamabad sülh sazişinə əsaslanan 60 günlük danışıqlar müddəti yekun razılaşma əldə olunmadan başa çatıb.

Zefer.media xəbər verir ki, İran razılaşma çərçivəsinə qayıtmaq yolunda “heç bir mütləq irəliləyişin” əldə edilmədiyini bildirib.

Bu müddətin bitməsi ilə danışıqların gələcəyi və Tehranla Vaşinqton arasında gərginliyin yenidən başlaması və ya şiddətlənməsi ehtimalı qeyri-müəyyən olaraq qalır.

Bu arada “The Wall Street Journal” qəzeti İran hakimiyyətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ABŞ ilə mümkün daha geniş qarşıdurmaya hazırladığını yazıb.

Qəzet İran və ərəb rəsmilərinə istinadən bildirir ki, Tehran ABŞ ilə aparılan danışıqları gərginliyin azaldılması üçün deyil, Vaşinqtona və onun müttəfiqlərinə təzyiqi artırmaq və daha geniş qarşıdurmaya hazırlaşmaq üçün fürsət kimi qiymətləndirir.

Məlumata görə, son iki ayda İran SEPAH-ın ölkənin hərbi strukturları üzərində nəzarətini gücləndirib, yeni komandirlər təyin edib, raket və pilotsuz uçuş aparatlarının istehsalını artırıb, həmçinin daxili əks-kəşfiyyat şəbəkəsini genişləndirib.

“Wall Street Journal”ın yazdığına görə, danışıqlar davam etdiyi müddətdə SEPAH İraq, Yəmən və Livana hərbi məsləhətçilər göndərir və İranın müttəfiq silahlı qrupların fəaliyyətlərini əlaqələndirir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600