Xarici xəbərlər

“ABŞ-nin “USS George Washington” hərbi gəmisi “USS Abraham Lincoln”u əvəz etmək üçün yola düşüb

17 Avqust 2026, 10:232
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“ABŞ-nin “USS George Washington” hərbi gəmisi Yaxın Şərqdəki “USS Abraham Lincoln” gəmisini əvəz etmək üçün yola düşüb. Bu əvəzləmə gəmidəki psixoloji sağlamlıq və təchizat problemləri ilə bağlı artan narahatlıqlar fonunda baş verir”.

Zefer.media xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələri nazirinin müavini Hun Kao bəyanatında bildirib.

Belə ki, təyyarədaşıyan gəminin heyəti arasında az sayda psixoloji yardım üçün müraciət edənlər olub.

O, həm də ötən payızdan xidmətə başlayan və o vaxtdan bəri cəmi iki dəfə limana daxil olan “USS Abraham Lincoln” gəmisində təchizat çətinliklərinin olduğunu təsdiqləyib.

Nazir müavini xidmətin çətin, “müharibənin isə cəhənnəm” olduğunu vurğulayaraq bildirib ki, hərbçilər həddindən artıq gərginliklə üzləşsələr də, sınmayıblar.

Hun Kaonun bəyanatında son günlərdə hərbçilərin ailə üzvləri tərəfindən gəmidəki təchizat problemləri barədə verilən məlumatlar da nəzərə alınıb.
İranın gəmilərə hücumları maddi-texniki təminata təsir göstərib.

Təzə ərzaq çatışmazlığı səbəbindən gəmidə yemək menyusu dəyişdirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600