“The Washington Post” qəzeti İranın Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadəsinin əvvəlki effektivliyini itirdiyini yazıb.
Zefer.media qəzetin dərc etdiyi məqaləyə istinadən xəbər verir ki, İranın iqtisadi təzyiq və dəniz blokadası ilə məhdudlaşdırılması siyasəti fonunda Tehranın Hörmüz boğazı üzərində nəzarətindən istifadə imkanları təhlil olunub.
Yazıda İranın boğazı bağlaması girov götürməyə bənzədilib, lakin “girovun artıq güllələndiyi” ifadəsi ilə bu təzyiq alətinin səmərəliliyinin əhəmiyyətli dərəcədə azaldığı vurğulanıb.
“Washington Post”un yazdığına görə, bazarlar Hörmüz boğazındakı məhdudiyyətləri artıq qiymətlərə daxil edib və neft bahalaşsa da, artım hələlik fəlakətli həddə çatmayıb. Eyni zamanda, neft təchizatçıları alternativ marşrutlardan istifadə etməklə boğazdakı problemləri qismən kompensasiya etməyə çalışırlar.
Zərintac Mayisqızı

















