Xarici xəbərlər

İranda ABŞ və İsraillə əlaqəli qruplaşmaya qarşı əməliyyat: ölənlər var

13 Avqust 2026, 17:075
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyindən ABŞ və İsrail kəşfiyyat orqanları ilə əlaqəli olduğunu iddia edilən iki silahlı qruplaşmanın Sistan və Bəluçistan əyalətində zərərsizləşdirildiyi açıqlanıb.

Zefer.media xəbər verir ki, qruplaşmalar ölkəyə daxil olduqdan sonra müəyyən edilib və Xaş şəhərində keçirilən bir sıra əməliyyatlar nəticəsində planlaşdırdıqları fəaliyyətləri həyata keçirmədən qarşısı alınıb.

Əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmada iki şübhəli öldürülüb, dörd nəfər saxlanılıb. ETTELAAT Nazirliyindən qrupların xarici kəşfiyyat orqanları tərəfindən təlim keçmiş şəxslərdən ibarət olduğu və əyalətin cənubundakı iqtisadi infrastruktura qarşı təxribatlar həyata keçirməyi planlaşdırdıqları vurğulanıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600