Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə alyansı digər ölkələrin pakta qoşulmaq üçün müraciətlərini nəzərdən keçirə bilər.
Zefer.media xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk jurnalistlərə deyib.
Rəsmi şəxs həmçinin vurğulayıb ki, alyans NATO-nun əvəzedicisi deyil və onunla rəqabət apardığını iddia etmir, əksinə qlobal təhlükəsizlik arxitekturasını tamamlayan bir mexanizmdir.
Aktürk qeyd edib ki, müqavilə heç bir ölkəyə qarşı yönəlməyib və iştirakçıları birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də kollektiv müdafiə, kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik koordinasiyasını nəzərdə tutan müqavilə imzalayıblar.
Zərintac Mayisqızı

















