Dünya

Yəmən XİN: “Gərginliyin artması İranın işidir”

13 Avqust 2026, 15:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yəmənin xarici işlər naziri Şaiə əl-Zuba husilərin fəaliyyətinin İranın regional maraqlarına xidmət etdiyini bildirib.

Zefer.media xəbər verir ki, nazir “Əş-Şərq əl-Əvsət”ə müsahibəsində İranın dəstəyi ilə Yəmənin və onun strateji coğrafi mövqeyinin qonşu ölkələrə, beynəlxalq limanlara və əsas dəniz yollarına qarşı təhdidlərin həyata keçirilməsi üçün platformaya çevrildiyini deyib.

Əl-Zubanın sözlərinə görə, Husilərin fəaliyyəti nəticəsində Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzi “xarici təzyiq və şantaj meydanına” çevrilib.

O, Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının Ər-Riyadın Yəməndəki münaqişəni siyasi həll yoluna qaytarmağa çalışdığı dövrdə baş verdiyini vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600