Dünya

Ermənistan ixracatçılarına 14,7 milyon dollar subsidiya ayıracaq

13 Avqust 2026, 12:524
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan hökuməti kənd təsərrüfatı məhsullarını Avropa İttifaqı, Böyük Britaniya və Kanada bazarlarına ixrac edən sahibkarlara 5,365 milyard dram (təxminən 14,7 milyon ABŞ dolları) məbləğində subsidiya verilməsi ilə bağlı layihəni təsdiqləyib.

Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan iqtisadiyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən müavin Arman Hovhannisyan vəsaitin iyul ayında ixrac olunan məhsullara görə sahibkarların xərclərinin kompensasiyasına yönəldiləcəyini bildirib.

Onun sözlərinə görə, iyul ayında Ermənistandan xarici bazarlara 2,3 min ton bibər, 1,6 min ton pomidor, təxminən 7 min ton ərik, 1,7 min ton gilas, 430 ton gavalı, 1,6 min ton şaftalı və nektarin ixrac edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Ermənistanın bir sıra kənd təsərrüfatı və qida məhsullarının ölkəyə idxalını məhdudlaşdırıb.

Məhdudiyyətlər mineral su və alkoqollu içkilərlə yanaşı, tərəvəz, meyvə və süd məhsullarını da əhatə edib. Buna səbəb məhsullarda müxtəlif pozuntuların aşkar edilməsi göstərilib.

Ermənistan hökuməti iyunun əvvəlindən etibarən məhsulların Avropa İttifaqı, Kanada və Böyük Britaniya bazarlarına ixracını stimullaşdırmaq məqsədilə logistika və gömrük xərclərinin kompensasiyasını nəzərdə tutan bir sıra subsidiya paketləri təsdiqləyib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600