İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bu gün Pakistanın daxili işlər naziri Mohsenn Nəqəvi ilə görüşündə Tehran və İslamabad arasındakı əlaqələri strateji əlaqə adlandıraraq İran və Pakistanın bir-birinin strateji müttəfiqi olduğunu bildirib.
Zefer.media xəbər verir ki, Möhsün Rzayi bu görüşdə İran və Pakistan münasibətlərinin əhəmiyyətini və İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nəqəvi də öz növbəsində Rzayini yeni təyinatı münasibətilə təbrik edərək Tehran-İslamabad əlaqələrini “müstəsna” əlaqələr kimi qiymətləndirib və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Nəqəvinin sözlərinə görə, İran və Pakistan münasibətləri son aylarda əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyəyə çatıb.
Bu görüş İslamabadın regional gərginliklər fonunda böhranın azaldılması üçün vasitəçilik rolu oynamağa çalışdığı bir vaxtda baş tutub.
Zərintac Mayisqızı

















