Dünya

Pezeşkian: “Düşmən İranı daxildən çökdürməyə çalışır”

12 Avqust 2026, 19:202
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran Prezidenti Məsud Pezeşkian hazırkı müharibənin əvvəlki müharibələrdən daha mürəkkəb olduğunu və düşmənin ölkəni daxildən zəiflətməyə çalışdığını bildirib.

Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“İndiki müharibə əvvəlkindən daha mürəkkəbdir və düşmən ölkəmizi daxildən çökdürməyə can atır”, – deyə Pezeşkian qeyd edib.

İran dövlət başçısı xalqın dövlət qurumlarından uzaqlaşdırılmasının mənfi nəticələrə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.

“Xalqı özümüzdən uzaqlaşdırmamalıyıq, çünki bunun zərərini görəcəyik”, – Pezeşkian əlavə edib.

O, habelə dövlət qurumlarının əhali ilə əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb və bu prosesdə siyasi və partiya yanaşmalarından çəkinməyə çağırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600