Bu gün İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyib.
Zefer.media xəbər verir ki, bununla bağlı, “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yüksək vəzifəli İran rəsmisinə istinadən bildirir ki, tərəflər arasında danışıqlar zamanı atəşkəsin uzadılması məsələsi müzakirə olunmayıb. Tehranın mövqeyinə görə, ABŞ-nin addımları səbəbindən mövcud atəşkəs artıq qüvvədə deyil.
İranlı rəsmi qeyd edib ki, ABŞ Anlaşma Memorandumunun şərtlərini imzalanmasından 48 saat sonra pozub.
Mənbənin sözlərinə görə, hazırkı müzakirələr yalnız memorandumun ilkin müddəalarına və onların icrası mexanizmlərinə qayıtmağa yönəlib. Ancaq bu istiqamətdə hələlik heç bir irəliləyiş əldə olunmayıb.
Zərintac Mayisqızı

















