Xarici xəbərlər

Tramp İran təhdidindən sonra təyyarəsini dəyişməsindən danışdı

12 Avqust 2026, 11:462
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ prezidenti Donald Tramp Ankarada səfəri zamanı təyyarəsini dəyişməsi ilə bağlı açıqlama verib.

Zefer.media xəbər verir ki, Tramp “The Washington Post” qəzetinin ABŞ prezidentinin İrandan gələn sui-qəsd təhdidləri səbəbi ilə Ankarada başqa təyyarəyə keçirilməsi barədə məlumatına münasibət bildirərkən bu qərarın Məxfi Xidmətin tələbi olduğunu deyib.

“Bu, yalnız Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların nə etmək istədiklərini izləyirəm. Ona görə də Məxfi Xidmət və ordudan danışıram”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, təhlükəsizlik əməkdaşları ondan fərqli uçuşa və başqa təyyarəyə keçməsini istəyiblər və o da onların tələbinə əməl edib. “Deyəsən, orada bir təhlükə var idi. Bu barədə çox soruşmadım. Çoxlu təhdidlər alıram”, – deyə Tramp əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600