Dünya

İsrail İordan çayının qərb sahilində 18 yeni yaşayış məntəqəsi yaratmağa hazırlaşır

11 Avqust 2026, 18:164
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

22 israilli ailə fələstinlilərə məxsus geniş torpaq sahəsini ələ keçirərək səhər saatlarında İordan çayının qərb sahilinin şimalında, Cenin bölgəsində strateji əhəmiyyət daşıyan “Emek-Dotan” adlı yeni yaşayış məntəqəsinə köçüb.

Zefer.media xarici mediaya istinadən xəbər verir ki, bu addım seçkilərədək yay aylarında İordan çayının qərb sahilinin şimalında 18 yeni yaşayış məntəqəsinin yaradılması və məskunlaşdırılmasını nəzərdə tutan geniş planın bir hissəsidir.

Ümumilikdə təxminən 300 israilli ailə artıq İordan çayının qərb sahilinin şimalındakı yeni yaşayış məntəqələrinə köçmək üçün qeydiyyatdan keçib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600