Xarici xəbərlər

İraqda tərksilah planı SEPAH-ı hərəkətə keçirdi

11 Avqust 2026, 12:341
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər edib.

Zefer.media xəbər verir ki, general Qaani Həşd-Ş’əbi qruplaşmasının, silahlı qrupların liderləri və İraq Koordinasiya Qərargahının rəhbərliyi ilə bir neçə görüş keçirib. Görüşlərdə əsas müzakirə mövzusunun silahlara nəzarət olduğu bildirilib.

Qaani səfərini İraqda silahlı qruplardan silahların dövlətə təhvil verilməsi prosesinin başladığı bir vaxtda həyata keçirib. İraqın baş naziri Əli əl-Zeydi daha əvvəl prosesin başa çatdırılması üçün sentyabrın 30-dək vaxt müəyyən edib.

İraq dövlət qurumları ölkədə dövlət strukturlarından kənar hər hansı silahlı fəaliyyətin Terrorla Mübarizə Qanununa uyğun olaraq dayandırılacağını vurğulayıblar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600