Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə sazişinə münasibət bildirib.
Zefer.media xəbər verir ki, Bəqayi mətbuat konfransında sözügedən sazişin region ölkələrinin təhlükəsizlik məsələlərinə yanaşmasında dəyişikliklərin göstəricisi olduğunu deyib.
Onun sözlərinə görə, son iki-üç ildə baş verən proseslər region ölkələrinin təhlükəsizliyin “yalançı vasitəçilərdən” əldə edilə bilən əmtəə olmadığını anlamasına səbəb olub.
İran XİN sözçüsü bildirib ki, Tehranın prinsipial siyasəti region ölkələrini bölgədən kənar aktorlara güvənmədən təhlükəsizlik sahəsində əməkdaşlığa və qarşılıqlı etimadı gücləndirməyə təşviq etməkdən ibarətdir.
Bəqayi ABŞ-nin da bölgədə təhlükəsizliyin pozulmasının səbəblərindən biri olduğunu iddia edib.
Zərintac Mayisqızı

















