Siyasət

Prezident İlham Əliyev Pezeşkiana təşəkkür edib

10 Avqust 2026, 11:492
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Zefer.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600