Britaniyalı siyasi fəal və analitik Nikolas Lisak “X” hesabında İranın ali rəhbəri Müctəba Xameneyi ilə bağlı fikir irəli sürüb.
Zefer.media xəbər verir ki, Lisak Xameneyinin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmədiyini və onun martın ortalarından etibarən həlak olduğunu deyib:
“Müctəba Xameneyi “ağır vəziyyətdə” deyil. O, martın ortalarından etibarən ölüdür.
Bütün bu tamaşa sadəcə SEPAH-ın onun ölümünü təsdiqləmək və lider yerinə daha radikal bir mühafizəkarı gətirmək məqsədi daşıyan həyasız planıdır.
Sözümü unutmayın: rejim süqut edəcək. İran azad olacaq!”
Zərintac Mayisqızı




