• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Meşə yanğınları Avropa ölkələrinə xeyli miqdarda iqtisadi zərər vurub

07 Avqust, 26 / 18:49
A A

Bu il Avropada baş verən meşə yanğınlarının səbəb olduğu iqtisadi zərər və itkilərin 19 milyard avronu keçdiyi təxmin edilir.

Zefer.media xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında yerləşən qlobal hava proqnozu xidməti olan “AccuWeather” tərəfindən aparılan hesablamalara görə, cari ildə Avropanın müxtəlif bölgələrində baş vermiş yanğınlar nəticəsində 530 min hektardan çox meşə məhv olub. Avropada meşə yanğınlarından ən çox zərər çəkən ölkələr arasında isə İspaniya və Fransa ön sıradadır.

İlkin hesablamalara əsasən, yanğınlar ümumilikdə 15,6-19,1 milyard avro arasında iqtisadi zərər və itkilərə səbəb olub.

İqtisadi itkilərə meşə yanğınlarının birbaşa və dolayı təsirləri, fövqəladə hallara müdaxilə xərcləri, qısamüddətli və uzunmüddətli sağlamlıq fəsadları, eləcə də gündəlik həyatda və iqtisadi fəaliyyətlərdə yaranan fasilələr daxildir.

“AccuWeather”in proqnozuna görə, həddindən artıq isti hava və quraqlıq Avropada meşə yanğınları riskini payız mövsümünə qədər yüksək səviyyədə saxlayacaq. Qərbi və Mərkəzi Avropanın böyük hissəsində meşə yanğınları təhlükəsi “son dərəcə yüksək” səviyyədə qiymətləndirilir. Fransanın bəzi bölgələri, İspaniyanın şimalı və Britaniya adalarının cənubu isə ən yüksək risk altında olan ərazilər hesab olunur. Bundan əlavə, Skandinaviyanın cənubu, İtaliya ilə Şərqi Avropanın bəzi hissələri və Balkanlarda da meşə yanğınları riski yüksək olaraq qalır.

2025-ci ildə Avropada yanğınlar nəticəsində 1,08 milyon hektar meşə məhv olub.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Avqust 7, 2026
Dünya

Hörmüz boğazından keçən gəmilərin sayı azalıb

Avqust 7, 2026
Dünya

Rusiya və Ukraynanın Qara dənizdəki hücumları qlobal taxıl daşınmalarını pozur

Avqust 7, 2026
Dünya

Yəməndə husilərin hücumları davam edir

Avqust 7, 2026
Dünya

Paşinyan: “AİB-in digər üzvləri ilə əməkdaşlığın gücləndirilməsi Ermənistan üçün prioritetdir”

Avqust 7, 2026
Dünya

Mişustin və Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasından əvvəl danışıblar

Avqust 7, 2026

XƏBƏR LENTİ

Azər Aslanov: Azərbaycanda idmana yaradılan şərait övladlarımızın vətənpərvər ruhda böyüməsinə böyük təsir göstərir

08 Avqust, 26 / 14:16

Meşə yanğınları Avropa ölkələrinə xeyli miqdarda iqtisadi zərər vurub

07 Avqust, 26 / 18:49

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

07 Avqust, 26 / 18:47

Hörmüz boğazından keçən gəmilərin sayı azalıb

07 Avqust, 26 / 18:28

Rusiya və Ukraynanın Qara dənizdəki hücumları qlobal taxıl daşınmalarını pozur

07 Avqust, 26 / 18:25

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

07 Avqust, 26 / 17:17

Çin süni intellekt modeli Böyük Britaniya hökuməti tərəfindən sınaqdan yayınmağı bacarıb

07 Avqust, 26 / 16:58

Rzayi: “Hörmüz boğazında ikinci dəhlizin açılmasına icazə verməyəcəyik”

07 Avqust, 26 / 16:39

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb

07 Avqust, 26 / 16:36

Xameneyinin səhhəti pisləşib

07 Avqust, 26 / 16:33

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.