Xarici xəbərlər

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

7 Avqust 2026, 17:176
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə sazişini tənqid edib.

Zefer.media xəbər verir ki, Rzayi “X” hesabında paylaşdığı açıqlamada bildirib:

“Sözügedən razılaşma Səudiyyə Ərəbistanının müdafiəsini təmin etməyəcək. Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla imzalanan kağız üzərindəki razılaşmalar onlara qorunma təminatı gətirməyəcək. Necə ki, uzun illər ABŞ-yə birtərəfli güzəştlər etmələri də onların təhlükəsizliyini təmin etmədi. Siyasətinizi dəyişin ki, başqalarından təhlükəsizlik dilənmək məcburiyyətində qalmayasınız”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600