Bu gün Yəməndə husilərin Marib əyalətinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində hökumət qüvvələri arasında itkilərin olduğu bildirilir.
Zefer.media xəbər verir ki, bu barədə AFP agentliyi Yəmənin hərbi mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, husilərin Marib əyalətinin cənubundakı Hərib bölgəsinə dron hücumu nəticəsində 3 hərbçi həlak olub, 4 nəfər yaralanıb.
Yəmən dövlət televiziyası isə bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri səhər saatlarında husilər tərəfindən Marib istiqamətində buraxılan bir neçə pilotsuz uçuş aparatını aşkarlayaraq onlara qarşı əməliyyat keçirib.
Zərintac Mayisqızı




