Dünya

Mişustin və Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasından əvvəl danışıblar

7 Avqust 2026, 12:462
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasından əvvəl qısaca danışıblar.

Zefer.media xəbər verir ki, AİB hökumət başçılarının görüşü Qırğızıstanda, Çolpon-Ata iqamətgahında keçirilir.

Belə ki, Şuranın genişləndirilmiş iclası cümə günü orada başlayıb.

Nümayəndə heyətlərinin rəhbərləri Mişustin və Paşinyan birlikdə əyləşərək canlı söhbət etdikləri konqres zalına elektrikli avtomobillə gəliblər.

Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 6-da Qırğızıstana gəlib. Gündəliyə 15-dən çox məsələ daxildir. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın hökumət başçıları, eləcə də müşahidəçi ölkələrin nümayəndələri iştirak edirlər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600