• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk Dünyasının daha sıx inteqrasiyasına xidmət edir”

04 Avqust, 26 / 12:59
A A

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmış ikitərəfli sənədlər iki qardaş ölkə arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu, təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə xidmət edən mühüm bir hadisədir.

Rəsmi səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Prezident Sadır Japarov tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması idi. Bununla yanaşı, Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı da təsdiq edildi. Bu sənədlər iki ölkə arasında siyasi dialoqun, təhlükəsizlik sahəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin yeni hüquqi əsaslarını formalaşdırdı.

Prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti bölüşməyə hazırdır. Dövlətimizin beynəlxalq təşkilatlarda, iqtisadi əməkdaşlıqda və regional təhlükəsizlik məsələlərində Qırğızıstanla qarşılıqlı dəstək siyasəti bundan sonra da davam etdiriləcək.

Azərbaycan-Qırğız İnkişaf Fondunun maliyyə imkanlarının genişləndirilməsi barədə əlavə saziş imzalandı və Fondun kapitalı 200 milyon dollara çatdırıldı. Bu qərar investisiya layihələrinin maliyyələşdirilməsini sürətləndirəcək, yeni istehsal sahələrinin yaradılmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verəcəkdir.

Səfər çərçivəsində nəqliyyat və logistika sahəsində də mühüm razılaşmalar əldə edildi. Beynəlxalq avtomobil əlaqələri haqqında saziş, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlığa dair memorandum imzalandı. Bu sənədlər Orta Dəhlizin inkişafı, regionun tranzit potensialının artırılması və iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Enerji sektoru da iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Neft məhsullarının tədarükü sahəsində Anlaşma Memorandumu və 2026–2028-ci illəri əhatə edən energetika üzrə Yol Xəritəsi gələcək əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir. 2024–2029-cu illər üzrə Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsinin qəbul olunması iki ölkə arasında razılaşdırılmış layihələrin sistemli şəkildə icrasına şərait yaradacaq.

Səfər zamanı statistika, kibertəhlükəsizlik və maliyyə bazarlarının tənzimlənməsi sahələrində də əməkdaşlıq memorandumu imzalandı. Bu sənədlər dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və maliyyə sistemləri arasında əlaqələrin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə rəqəmsal təhlükəsizlik və informasiya mühafizəsi strateji əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə əməkdaşlıq gələcək üçün mühüm perspektivlər vəd edir.

Səfərin diqqətçəkən nəticələrindən biri də regionlararası əməkdaşlığın genişləndirilməsi oldu. Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında memorandumlar imzalandı. Bu addımlar yalnız yerli idarəetmə orqanları arasında əməkdaşlığı deyil, həm də turizm, mədəniyyət, təhsil və humanitar əlaqələrin inkişafını təşviq edəcək.

Sənaye sahəsində də yeni əməkdaşlıq istiqaməti müəyyənləşdirildi. “AzerGold” QSC ilə Qırğızıstanın “Kyrgyzaltyn” şirkəti arasında imzalanmış memorandum faydalı qazıntılar sahəsində təcrübə mübadiləsi, yeni layihələrin həyata keçirilməsi və investisiya imkanlarının artırılması üçün əlverişli zəmin yaradır.

Humanitar əməkdaşlıq isə Azərbaycan-Qırğızıstan münasibətlərinin ayrılmaz hissəsi olaraq qalır. Ağdamda “Manas” adına məktəbin tikilməsi, Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılması, eləcə də hər iki ölkədə keçirilən Mədəniyyət Günləri ortaq tarixi və mənəvi dəyərlərin yaşadılmasına xidmət edir. Bu layihələr xalqlar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinin parlaq nümunəsidir.

Səfərin rəmzi əhəmiyyət daşıyan hadisələrindən biri Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunması oldu. Dövlət başçısı bu yüksək mükafatı Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətə verilən yüksək qiymət kimi dəyərləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz uzun illər ərzində böyük və şərəfli inkişaf yolu keçərək münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldiblər və bu gün dünyada bundan daha yüksək münasibət formatı mövcud deyil. Dövlətimizin başçısı Azərbaycan-Qırğızıstan münasibətlərinin xalqların rifahı naminə bundan sonra da uğurla inkişaf etməsi üçün bütün səylərini davam etdirəcəyini bildirdi.

Prezident İlham Əliyev çıxışında Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərliyi ilə qardaş ölkədə əldə olunan mühüm nailiyyətləri də yüksək qiymətləndirdi. Ölkə başçımız vurğuladı ki, Azərbaycan Qırğızıstanın inkişafına və iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə verilən töhfəni yüksək qiymətləndirir. Bu münasibətin ifadəsi olaraq Prezident Sadır Japarov Azərbaycanın ali dövlət təltifi “Heydər Əliyev” ordeni ilə təltif edildi ki, bu da iki dövlət arasında qarşılıqlı hörmətin, etimadın və strateji müttəfiqliyin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə növbəti diplomatik görüş deyil, eyni zamanda Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyən tarixi hadisədir. İmzalanan sənədlər siyasi dialoqdan iqtisadiyyata, energetikadan kibertəhlükəsizliyə, şəhərlərarası əməkdaşlıqdan humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu isə iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərinin uzunmüddətli və davamlı inkişafının möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqləyir.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Bənzər Xəbərlər

Gündəm

ATƏT-in sədri Azərbaycana gəldi

Avqust 4, 2026
Gündəm

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb  

Avqust 4, 2026
Gündəm

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

Avqust 3, 2026
Gündəm

HDQ-də buraxılış mərasimi keçirilib

Avqust 3, 2026
Gündəm

Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Əli Quliyevin oğlu Mürsəlin məzarı ziyarət olunub

Avqust 3, 2026
Gündəm

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

İyul 31, 2026

XƏBƏR LENTİ

Sabah bu ərazilərdə qaz olmayacaq

04 Avqust, 26 / 17:28

Peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edildi

04 Avqust, 26 / 17:27

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

04 Avqust, 26 / 16:04

BƏƏ İran gəmilərinin limanlara girişini yenidən qadağan etdi

04 Avqust, 26 / 16:00

“İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb”

04 Avqust, 26 / 14:31

Turizmdə səyahət xərcləri necə hesablanır? - AÇIQLAMA 

04 Avqust, 26 / 14:07

“Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk Dünyasının daha sıx inteqrasiyasına xidmət edir”

04 Avqust, 26 / 12:59

ATƏT-in sədri Azərbaycana gəldi

04 Avqust, 26 / 10:30

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb  

04 Avqust, 26 / 10:14

Bəzi ərazilərdə işıq olmayacaq

04 Avqust, 26 / 9:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.