Xarici xəbərlər

AP: “İran hücumların dayandırılması qarşılığında neft ixracını bərpa etməyi təklif edib”

3 Avqust 2026, 12:454
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin İrana qarşı planlaşdırdığı hücumu təxirə salmasından sonra tərəflər arasında gərginliyi azaltmağa yönəlmiş yeni təklif müzakirə olunur.

Zefer.media xəbər verir ki, bu haqda “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, təklif nüvə danışıqlarından kənara çıxaraq qarşılıqlı addımları da əhatə edir. Təklifə əsasən, İran Hörmüz boğazını yenidən açmağı və İraq, Fars körfəzi ölkələri, İordaniya və digər bölgələrdə İranın dəstəklədiyi silahlı qrupların hücumlarını dayandırmağı öhdəsinə götürə bilər.

Bunun müqabilində ABŞ-nin İrana tətbiq etdiyi dəniz blokadasına son qoyması və Tehranın neft ixracını bərpa etməsinə imkan verməsi nəzərdə tutulur.

Qeyd olunub ki, bu şərtlərlə bağlı hələ yekun razılıq əldə olunmayıb, lakin vasitəçilərin iştirakı ilə danışıqlar davam edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600