Dünya

NYT: “İran Ukrayna limanına hücum etməyi düşünür” 

29 İyul 2026, 15:465
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tehran Xəzər dənizində İran gəmisinə edilən hücuma cavab olaraq Ukraynadakı dəniz limanına raket zərbəsi endirməyi nəzərdən keçirsə də, diplomatik səylər gərginliyin azalmasına kömək edib.

Zefer.media xəbər verir ki, bu barədə “The New York Times” İran və Qərb rəsmilərinə istinadən yazıb.

Qəzetin məlumatına görə, kəşfiyyat məlumatlarında İranın Ukraynaya “nisbətən kiçik ziyan vurmaq üçün simvolik zərbə” məqsədilə ballistik raket buraxmağı planlaşdırdığı qeyd olunub. Bəzi mənbələr hədəfin Ukraynanın Qara dənizdə yerləşən limanlarından biri olacağını bildirib.

Nəşr vurğulayır ki, İrandan Ukraynaya atılacaq hər hansı raket iki ölkə arasında kəskin eskalasiyaya və daha geniş münaqişəyə səbəb ola bilər. Məqalədə bildirilir ki, İran rəsmiləri qarşıdurmanın qisas zərbəsi ilə yekunlaşacağını düşünürdülər, lakin Qərb tərəfi Ukraynanın mümkün cavabını proqnozlaşdırmağın çətin olduğu barədə Tehrana xəbərdarlıq edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600