Dünya

“İran Ukrayna qarşısında öz yolunu Rusiyadan ayırmalıdır”

29 İyul 2026, 12:445
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın “Comhuri-ye Eslami” qəzeti ötən həftə Ukraynanın Xəzər dənizində İran gəmisinə zərbəsindən sonra dərc etdiyi məqalədə rəsmi Tehranın Ukrayna ilə münasibətlərdə Rusiyadan fərqli siyasət yürütməli olduğunu bildirib.

Zefer.media qəzet istinadən xəbər verir ki, Ukraynanın İranı bu gəmi vasitəsilə Rusiyaya silah göndərməkdə ittiham etməsindən asılı olmayaraq, İran rəsmiləri hadisənin arxasında duran mümkün məqsədləri nəzərə almalıdır.

Məqalədə ehtimal edilir ki, Qərb NATO-nun İrana qarşı müharibəyə qoşulması və ABŞ-ni dəstəkləməsi üçün bəhanə axtarır və İranın Ukrayna ilə qarşıdurmaya girməsi bu məqsədə xidmət edə bilər.

Nəşr vurğulayıb ki, Tehranın Ukraynanın İran gəmisinə hücumuna cavab olaraq Kiyevlə açıq qarşıdurmaya getməsi səhv addım olar və bunun əvəzinə gərginliyin aradan qaldırılması üçün düzgün yol axtarılmalıdır.

“Əgər İran Ukraynanın İran gəmisinə hücumu ilə bağlı ayıq-sayıq hərəkət etməsə, ABŞ məqsədinə çatacaq. İran rəsmiləri Ukrayna ilə gərginliyi həll etmək istiqamətində uzaqgörənliklə hərəkət etməlidirlər”, – deyə, nəşrdə vurğulanıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600