Dünya

SEPAH yenə ABŞ bazasına və neft tankerlərinə hücum edib

29 İyul 2026, 09:414
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) yaydığı iki bəyanatda İordaniyadakı ABŞ hərbi hava bazası və komandanlıq mərkəzinin ballistik raketlərlə hədəfə alındığını, habelə, xəbərdarlıqlara əməl etməyən üç neft tankerinin vurularaq dayandırıldığını açıqlayıb.

Zefer.media xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələri İordaniyadakı ABŞ hərbi bazasına bir neçə ballistik raket atıldığını, Hərbi Dəniz Qüvvələri isə “qanun pozucusu” adlandırdığı üç tankerin hədəfə alındığını bildirib.

Bundan öncə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH tərəfindən İrandan atılan bütün raketlərin məhv edildiyini, ABŞ qüvvələri arasında itki və ya zərər olmadığını açıqlamışdı. Bu səbəbdən tərəflərin hadisə ilə bağlı açıqlamaları bir-biri ilə ziddiyyət təşkil edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600