Dünya

Ukrayna mediası İranın hücumu ilə bağlı xəbərdarlıq edib

28 İyul 2026, 21:025
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Ukrayna mediası və bir sıra monitorinq kanalları İranın yaxın 24 saat ərzində Ukrayna ərazisinə orta mənzilli ballistik raketlərlə zərbə endirə biləcəyi barədə iddialar yayıb.

Zefer.media xəbər verir ki, mümkün hücumun 28–29 iyul tarixlərində həyata keçiriləcəyi ehtimal edilir.

Bildirilir ki, Təbrizdən Kiyevə qədər olan təxminən 2 min kilometrlik məsafəni qət edə bilən Qədr, Emad, Seccil, Xorrəmşəhr-4 və Shahab-3 raketləri potensial olaraq istifadə oluna bilər.

Monitorinq qruplarından biri yayımladığı məlumatda bildirib: “İranın 24 saat ərzində Ukrayna ərazisinə üç orta mənzilli ballistik raket atmağı planlaşdırdığı barədə xəbərdarlıq almışıq”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600